Cəbhəçilər Əli Kərimlidən üz döndərdi
Çıxış edənlər Əli Kərimlinin apardığı siyasətin partiyanı uçuruma yuvarladığını, vəziyyətdən çıxmaq üçün onun sədrlikdən istefa verməli olduğunu bildiriblər. Sonra təşkilati məsələyə baxılıb.
Arif Qafarov AXCP Abşeron şöbəsinin sədri seçilib. Zilfəli Qafarov Ali Məclisin üzvü, Fəzail Abbasov, Nizami Babayev AXCP Etimad Qurultayına numayəndə seçiliblər.
Qeyd edək ki, Ə.Kərimlidən narazı üzvlər AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini yaradıblar. R.Nurullayev bildirib ki, onlar AXCP adına iddia edirlər.
Narazı üzvlər Ə.Kərimlinin partiya sədrliyindən uzaqlaşmasını və partiyanın möhürünün onlara verilməsini tələb edirlər. Əks tədqirdə, onlar möhürü qanuni yolla Ə.Kərimlidən alacaqlarını bildiriblər.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


