Məmmədyarov Astanada toplantıya qatılıb

Məmmədyarov Astanada toplantıya qatılıb
  10 Sentyabr 2015    Oxunub:1291
Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin toplantısı keçirilib.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında yer alan məlumatda deyilir.

Toplantıda Qırğızıstan xarici işlər naziri Yerlan Abdıldayev, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Firuddin Sinirlioğlu iştirak edirlər.

Qeyd edək ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Qurumun sonuncu sammiti ötən ilin iyununda Bodrumda keçirilib.

Qeyd edək ki, Türkdilli ölkələrin prezidentlərinin V Zirvə toplantısı sabah Astanada keçiriləcək.(Apa)


Teqlər:  



Xəbər lenti