“ASAN ödəniş” bir neçə saat işləməyəcək

“ASAN ödəniş” bir neçə saat işləməyəcək
  11 Sentyabr 2015    Oxunub:1892
Sentyabrın 11-də saat 09:00-dan 15:00-dək görülən profilaktik tədbirlərlə əlaqədar “ASAN xidmət” mərkəzlərində və ictimai yerlərdə quraşdırılmış “ASAN ödəniş” terminalları xidmət göstərməyəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, vətəndaşların qeyd olunan müddət ərzində www.asanpay.az portalı üzərindən ödənişləri həyata keçirməsi də mümkün olmayacaq.

Qeyd edək ki, “ASAN ödəniş” sistemi vasitəsilə vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişləri terminallar və www.asanpay.az portalı vasitəsilə həyata keçirə bilərlər. İlkin mərhələdə yalnız Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişi mümkündür.


Teqlər:



Xəbər lenti