Məhkumlar Bakını gəzdilər - FOTO
AzVision.az Penitensiar Xidmətin məlumatına istinadla xəbər verir ki, yeniyetmələr – Elman Cəlilov, Cavid Əhədli və Münasib Kərimov müəssisə əməkdaşlarının müşayiəti ilə gəzintidən əvvəl Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Daha sonra tərbiyə olunan yeniyetmələr Miniatür Kitab Muzeyində, “Park Bulvar” istirahət və əyləncə mərkəzində olublar.
Tərbiyə müəssisəsinə qayıdan məhkumlar onlara yaradılmış bu imkana görə Ədliyyə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.







Vaxtında, Aydın, Lazımlı!


