Azərbaycanda hər gün neçə uşaq ölür? - Açıqlama
UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin İctimai Əlaqələr və Media şöbəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycan üçün beş yaşadək uşaq ölümünün göstəriciləri 1990-cı ilə müqayisədə xeyli azalıb.
Belə ki, beş yaşadək uşaq ölümü göstəricisi (hər 1000 diri doğulmuş uşağa nəzərən) 1990-cı ildə 95-dən 2015-ci ildə 32-ə enib.
UNİCEF-dən onu da bildiriblər ki, Azərbaycan bu hesabatda beş yaşadək uşaq ölümü üzrə 68-ci yeri tutur.
1990-ci ildən 2015-ci ilədək hər il beş yaşadək uşaq ölümü 4.4% azalıb: ““Uşaqlara Verilən Söz Yeniləndi” adlı 2015-ci ilə dair hesabatdakı rəqəmlər göstərir ki, dünya ölkələrinin 2000-ci ildə Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq öhdəliyini öz üzərilərinə götürdükləri vaxtdan bəri beş yaşadək 48 milyon uşağın həyatı xilas olunub. Bu təqdirəlayiq inkişaf dünya ölkələri liderlərinin davamlı fəaliyyəti – uşaqların həyatlarının xilas olunmasını siyasi prioritetə çevirmələri, onların həyatına dair statistik məlumatların keyfiyyətini və istifadəsini təkmilləşdirmələri və eyni zamanda effektivliliyi sübut olunmuş müdaxilələrin geniş miqyasda tətbiqini dəstəkləmələrinin nəticəsidir”.
Gültəkin Ələsgər