Balakəndə ev yandı- 2 nəfər yaralanıb

Balakəndə ev yandı- 2 nəfər yaralanıb
  12 Sentyabr 2015    Oxunub:1532
Balakən rayonu, Gərəkli kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli, 4 otaqlı kürsülü evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğın zamanı ev sahibi və onun azyaşlı övladı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 08:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  



Xəbər lenti