MSK partiya nümayəndələrinin səlahiyyətini ləğv etdi

MSK partiya nümayəndələrinin səlahiyyətini ləğv etdi
  12 Sentyabr 2015    Oxunub:2219
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, əvvəlcə MSK-nın 8 sentyabr iclasının protokolu təsdiq edilib. Daha sonra bu ilin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolların hazırlanması qaydası müzakirəyə çıxarılıb. Sənəd layihəsi səsverməyə çıxarılaraq təsdiq edilib.

Sonra Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edəcək siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edilib.
Azərbaycan Demokratik İslahatlar Partiyasından (DİP) 6 səlahiyyətli nümayəndə qeydə alınıb, partiyanın səlahiyyətli nümayəndəsi kimi qeydə alınmış Ülkər Abdullayevanın qeydiyyatı ləğv edilib. Bundan başqa, “Azadlıq-2015” seçki blokundan 11 səlahiyyətli nümayəndə qeydə alınıb. Blokun səlahiyyətli nümayəndəsi Cəmalədin Ağayevin qeydiyyatı ləğv olunub. Azərbaycan Demokrat Partiyasından isə Nizam Qənbərlinin qeydiyyatı ləğv edilib.

Qeyd olunub ki, səlahiyyətli nümayəndələrin qeydiyyatı öz xahişləri ilə ləğv olunub.

Sonda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti