Prezident liseylərə baş çəkdi - FOTOLAR

Prezident liseylərə baş çəkdi - FOTOLAR
  12 Sentyabr 2015    Oxunub:4816
Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Xətai rayonundakı 5 nömrəli Bakı Peşə Liseyində həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.

Dövlətimizin başçısı liseydə yaradılan şəraitlə yaxından tanış oldu.

Prezident İlham Əliyev həmçinin Bakının Xətai rayonundakı 264 nömrəli məktəb-liseydə yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına burada görülən təmir və yenidənqurma işləri barədə məlumat verildi.

AzVision.az

Qalereya




Teqlər:  



Xəbər lenti