Zakir Həsənov icra başçılarını bir yerə topladı

Zakir Həsənov icra başçılarını bir yerə topladı
  13 Sentyabr 2015    Oxunub:3579
Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi səhra şəraitində Müdafiə Nazirliyi ilə cəbhəboyu zonada yerləşən rayonların icra hakimiyyəti başçılarının birgə müşavirəsi keçirilib.
AzVision.az xəbər verir ki, “Cəbhəboyu zonada yerləşən hərbi hissə komandanlıqları və yerli icra hakimiyyəti orqanlarının müdafiə və təhlükəsizlik məsələləri üzrə qarşlıqlı əlaqələrinin təşkili” mövzusunda keçirilən toplantıda mövcud vəziyyət, qanunvericilik və digər rəhbəredici sənədlərlə tənzimlənən bəzi əsas tələblər, müharibə şəraitində qurumların məsuliyyəti, vəzifələri, tapşırıqları və digər vacib məsələlər müzakirə edilib.

Müşavirədə Füzuli, Daşkəsən, Ağdam, Tərtər, Beyləqan, Ağcabədi, Şəmkir, Xocavənd, Gədəbəy və digər rayon icra hakimiyyəti başçıları çıxış edərək rayon ictimaiyyətinin ordu ilə əlaqələrindən bəhs edib, bundan sonra da müdafiə və təhlükəsizlik tədbirlərinin təşkilində yaxından iştirak edəcəklərini bildiriblər.

Müdafiə naziri müşavirədə iştirak etdiklərinə görə icra başçılarına minnətdarlıq edərək bu kimi tədbirlərin davamlı olacağına əminliyini bildirib.

AzVision.az

Qalereya




Teqlər:  



Xəbər lenti