21 yaşlı qız atasının maşınını qaçırdı

21 yaşlı qız atasının maşınını qaçırdı
  13 Sentyabr 2015    Oxunub:4485
Bakı-Qazax magistral yolunda avtomobil aşıb, bir nəfər xəsarət alıb.
Hadisə yolun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Həsənli Aydan Zöhrab qızı atasına məxsus “Hyunday” markalı avtomobili qaçıraraq magistral yolla hərəkət edərkən maşını aşırıb. Qəza zamanı A. Həsənli müxtəlif bədən xəsarətləri alaraq

Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.(Apa)


Teqlər:



Xəbər lenti