“Avropa Azərbaycana paxıllıq edir” - Baş nazirin müavini
O, qeyd edib ki, Avropa Parlamenti Azərbaycana qarşı qərəzli, əcaib qətnamə qəbul edib: “Biz bu qətnaməyə münasibət bildirməkdən kənarda qala bilməzdik. Qətnamədə 20 bənd insan haqlarının pozulması ilə bağlı iddialardır, 21 bənd isə müxtəlif məsələlərə həsr olunub. Avropa Parlamenti Avropa İttifaqına daxil olan 28 dövləti təmsil edir, 751 deputatdan ibarətdir. Bu səsvermədən 600-dan çox deputat iştirak edib. Avropa Parlamentinin əsas üç səlahiyyəti var - Avropa İttifaqına dair qanunlar qəbul etmək, qanunların icrasına və Avropa İttifaqının büdcəsinin icrasına nəzarət etmək.
Azərbaycanla bağlı belə qətnamə qəbul etmək Avropa Parlamentinin səlahiyyətlərinə daxil deyil. Avropanın Azərbaycana qarşı qısqanclığının, Azərbaycanın Avropa Oyunlarını uğurla keçirməsindən sonra belə hərəkətlərin artdığını görürdük. Bu, qısqanclığın, paxıllığın və erməni diasporunun təsirinin nəticəsidir”.
2012-ci ilin martında onu Brüsselə dəvət etdiklərini deyən Baş nazirin müavini daha sonra bildirib ki, Avropa Parlamentinin rəhbəri mənə mətbuatdan qapalı görüş keçirmək və görüşə Azərbaycanın səfirini gətirməməyi təklif etdi:
“Mən də dedim ki, görüşə getmirəm. Bunlar insan haqlarından danışırlar, ancaq görün görüşü necə keçirməyi təklif edirlər”.







Vaxtında, Aydın, Lazımlı!


