`Bunun altından çıxa bilməyəcəklər` - Səməd Seyidov

`Bunun altından çıxa bilməyəcəklər` - Səməd Seyidov
  14 Sentyabr 2015    Oxunub:4093
“Avropa Parlamentinin qəbul etdiyi qətnamə parlamentdə ciddi təhlil olunmalıdır. Azərbaycan ölkəmizə qarşı aparılan provakasiyanı pisləyir və layiqli cavab verilməsini tələb edir”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentdə keçirilən növbədənkənar iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Avropa Parlamenti tez-tələsik seçkilər ərəfəsində böhtan və yalanla dolu qətnamə qəbul etməklə öz nüfuzuna böyük zərbə vurdu və onlar uzun müddət bunun altından çıxa bilməyəcəklər: “Qətnamələr, vədlər və digər addımlar ciddi əhəmiyyət kəsb edə bilməz. Tək Azərbaycanın deyil, bütün dünyanın gözü qarsışında onlar müstəqil dövlətə qarşı məsuliyyətsiz addım atdılar. Haqq sözə və sağlam qüvvələrə qulaq asmadan, qətnaməni qəbul etdilər. Bunun tək cavabı odur ki, Azərbaycan regionda azad söz sahibinə çevrilib. Eyni zamanda, Azərbaycan öz xalqının maraqları ilə oturub- durmaq və inkişaf etmək iqtidarındadır. İqtidar işğal olunan torpaqları Avropa Parlamentindən dəstək almadan azad etmək iqtidarındadır. Bütün bunlar da onları qorxuya salır”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti