Sürücülərə `Bilik günü` ilə bağlı ciddi xəbərdarlıq

Sürücülərə `Bilik günü` ilə bağlı ciddi xəbərdarlıq
  14 Sentyabr 2015    Oxunub:2234
Bakı yol polisi yeni dərs ilinin başlaması ilə əlaqədar təhlükəsizliyin təmini məqsədilə tədbirlər planı hazırlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

V.Əsədov deyib ki, yeni dərs ilində yol hərəkətində təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirlər həyata keçiriləcək.

Bölmə rəisinin sözlərinə görə, təhsil müəssisələrinin qarşısında yol nişanlarının tələblərini pozan sürücülərə qarşı sərt cəza tədbirləri görüləcək: "Xüsusilə də məktəblərin yerləşdiyi ərazilərdə dayanma, durma və parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında dayanan avtomobil sürücülərinə qarşı ciddi tədbirlər görüləcək.Həmin avtomobillər evakuasiya vasitəsi ilə müvəqqəti dayanacağa daşınacaq, patrul maşınında olan kompüterlər vasitəsi ilə qaydaları pozan avtomobillərin videomaterialları hazırlanacaq. Patrul avtomobilində olan kameralar vasitəsi ilə bütün hərəkətlər qeydə alınır və qadaları pozan sürücülər barəsində dərhal elektron protokol hazırlanır. Bütün sürücüləri nizam-intizamlı olmağa çağırıram”".

Eyni zamanda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü sürücülərə və avtomobil sahiblərinə də müraciət ünvanlayıb: "Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahibləri və sürücülərinə təhsil müəssisələri istiqamətində şəxsi avtomobilləri ilə hərəkət edərkən qoyulmuş yol nişanlarının tələbini yerinə yetirməyi tövsiyə edir. Sürücülər parkomatlardan istifadə etsinlər. Məktəblərin ətrafında dayandırılmış nəqliyyat vasitəsi yolun daralmasına və avtomobili olmayan valideynlərə və şagirdlərə həmin təhsil müəssisəsi istiqamətində gediş-gəlişə çətinlik yaradır".


Teqlər:  



Xəbər lenti