`Zeynəb Xanlarova namizədliyini irəli sürməyib` - Açıqlama
O bildirib ki, deputatlığa namizəd olmaq üçün indiyədək 50 saylı Dairə Seçki Komissiyasına beş nəfər müraciət edib, onlardan dördünə imza vərəqi verilib: "Amma Zeynəb Xanlarova müraciət etməyib".
Xatırladaq ki, Z.Xanlarova Azərbaycan SSR Ali Sovetinin XI-XII çağırış deputatı olub. O, 1995-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır.
Qeyd edək ki, Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizədliyin irəli sürülmə proseduru seçkiyə start verilən gündən - avqustun 29-dan oktyabrın 2-nə qədər davam edir. İmzatoplama kampaniyası da bu müddət ərzində aparılır. Sentyabrın 12-dən isə seçkilərdə iştirak edəcək nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsinə başlanılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


