Yeni qatarlar Sumqayıtdan gələnlər üçün pulsuzdur

Yeni qatarlar Sumqayıtdan gələnlər üçün pulsuzdur
  15 Sentyabr 2015    Oxunub:10694
Bu gündən rəsmi olaraq fəaliyyətə başlayan Bakı-Sumqayıt elektrik qatarı Sumqayıt sakinləri üçün pulsuz olub.
AzVision.az-ın əməkdaşına məlum olub ki, qatarların Sumqayıtdan paytaxta pulsuz işləməsi stansiyadakı təmir işlərinin başa çatmaması ilə əlaqədardır.

Sumqayıt stansiyasında turniketlər quraşdırılsa da hələlik işlək vəziyyətə gətirilməyib. Bu baxımdan qatarlar bir müddət sumqayıtlılara pulsuz xidmət göstərəcək.

Bakıdan Sumqayıt istiqamətində gedəcək sərnişinlər isə 80 qəpik ödəməli olacaq

Qeyd ki, Qatarlar Bakı sərnişin stansiyasından saat 05:10, 05:30, 06:50, 16:00, 17:25, 18:25 və 19:25-də, Sumqayıt sərnişin stansiyasından isə 06:40, 07:10, 07:55, 17:10, 18:30, 19:30 və 20:30-da yola düşəcək. Bakı sərnişin, Biləcəri və Sumqayıt sərnişin stansiyalarında post-terminallar və turnitketlər quraşdırılıb. Elektrik qatarlarına biletləri həm avtomatik köşklərdən, həm də kassalardan almaq mümkündür. Bakı-Sumqayıt marhrutu üzrə 8 elektrik qatarı fəaliyyətdə olacaq. Bunlardan üçü "Stadler Rail Group» şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş KİSS markalı ikimərtəbəli elektrik qatarı, beşi isə Riqada əsaslı təmir olunaraq ölkəmizə gətirilmiş elektrik qatarıdır. Qatarların Sumqayıtdan Bakıya çatmaq vaxtı 40 dəqiqə nəzərdə tutulub.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti