Ölkəmizdə leysan olacaq

Ölkəmizdə leysan olacaq
  15 Sentyabr 2015    Oxunub:2868
Sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az - a verilən məlumata görə, sentyabrın 16-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 26-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 16-da şimşək çaxacağı, fasiələrlə yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.


Teqlər:  



Xəbər lenti