`Qərbdə deyəsən, heç bir dəyər qalmayıb` - Novruz Məmmədov

`Qərbdə deyəsən, heç bir dəyər qalmayıb` - Novruz Məmmədov
  15 Sentyabr 2015    Oxunub:1977
“Avropanın bir sıra dövlətləri belə hesab edirlər ki, bütün ölkələrin onların qarşısında öhdəlikləri var, amma özlərinin heç bir öhdəliyi yoxdur”. AzVision.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

O, fikrini belə davam etdirib:

“Beynəlxalq aləmə çıxış resursları güclü olan dövlətlər prosesləri monopoliyaya alıblar. Onlar bu prosesləri maraqları çərçivəsində istədikləri formada, məzmunda və istiqamətdə yaymaqla, mövqe formalaşdırmaqla məşğuldurlar. Universal dəyərlərdən danışmaqdan yorulmayan Qərb və Avropada deyəsən, heç bir dəyər qalmayıb”, - deyə o, qeyd edib.


Teqlər:  



Xəbər lenti