YAP deputat siyahısını açıqlayır

YAP deputat siyahısını açıqlayır
  15 Sentyabr 2015    Oxunub:6327
Bu gün saat 15.00-da hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

Bu barədə AzVision.az-a YAP İdarə Heyətinin üzvü, partiyanın İcra Katibliyinin əməkdaşı Kərim Kərimov məlumat verib.

O bildirib ki, iclasdan sonra YAP-ın parlament seçkilərinə namizədlərinin siyahısı elan olunacaq: “İclasda əsas müzakirə olunacaq məsələlər qarşıdan gələn parlament seçkilərinə həsr olunacaq”.

K. Kərimov qeyd edib ki, müzakirə olunacaq məsələlər iclasdan sonra ictimaiyyətə açıqlanacaq.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti