Bakının avtobus dayanacaqları yenilənir
İndiyə qədər 170 avtobus dayanacağı bu cür məlumatverici nişanlanma xətti ilə təchiz olunub. Nişanlanma xətlərinin önündə, dayanacağa giriş hissədə asfalt üzərinə ingiliscə “BUS” sözü də yazılır.
Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə də “Azəryolservis” ASC tərəfindən işlər davam etdirilir. Zəruri olan yerlərdə yeni piyada zolaqları çəkilir, mövcud və rəngi solmuş zolaqlar isə yenidən rənglənir. Bu çərçivədə nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında xeyli iş görülüb. Yeni tədris ilinin başlaması ilə əlaqədar, xüsusi olaraq məktəblərin yerləşdiyi 91 küçə və prospektdə aparılan işlər nəticəsində 157 yerdə zebra tipli üfüqi nişanlama xətləri çəkilib. Hazırda digər küçə və prospektlərdə bu işlər davam etdirilir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


