YAP-da qapalı seçki toplantısı

YAP-da qapalı seçki toplantısı
  15 Sentyabr 2015    Oxunub:2692
Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda noyabrın 1-də Milli Məclisə V çağırışda seçkilərlə bağlı namizədlər siyahısı müzakirə olunub. Müzakirələrdən sonra YAP İdarə Heyəti namizədlərin siyahısını təsdiqləyib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib ki, iclasda partiyanın deputatlığa namizədlərinin siyahısı müzakirə olunub: "İclas yaxşı keçdi. Bir qədər sonra deputatlığa namizədlərin siyahısı açıqlanacaq".


Teqlər:  



Xəbər lenti