İlham Əliyev həmkarını təbrik edib

İlham Əliyev həmkarını təbrik edib
  15 Sentyabr 2015    Oxunub:1836
Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının prezidenti Enrike Penya Nietonu bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah diləyirəm”.


Teqlər:  



Xəbər lenti