Azay Quliyev Şirvanın deputatı olmayacaq

Azay Quliyev Şirvanın deputatı olmayacaq
  16 Sentyabr 2015    Oxunub:8177
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin yenidən hansı dairədən namizədliyini verəcəyi məlum olub.
AzVision.az-ın əldə etdiyi məlumata görə, A. Quliyevin bu dəfə namizədlyini 46 saylı Şirvan Seçki Dairəsindən verməyəcəyi dəqiqləşib.

Bildirilir ki, A.Quliyev bu dəfə 8 saylı Binəqədi birinci Seçki Dairəsindən namizədliyini irəli sürəcək.

Qeyd edək ki, ötən parlament seçkilərində 8 saylı Binəqədi birinci Seçki Dairəsindən spiker Oqtay Əsədov seçilib. Spiker bu dəfə 45 saylı Abşeron Seçki Dairəsindən namizədliyini irəli sürüb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  



Xəbər lenti