`Mikayıl Cabbarov rüşvəti yığışdırmaq istəyirsə...`
Maraqlıdır, nazirin israrlı addımından sonra məktəblərdə rüşvətin kökü kəsiləcəkmi?
Təhsil üzrə ekspert Nadir İsrafilov AzVision.az-a bildirib ki, keçmiş təhsil naziri Misir Mərdanovun da vaxtında rüşvətlə bağlı dəfələrlə xəbərdarlıqlar olub. Hətta istər orta, istərsə də ali məktəblərdə sessiyalar ərəfəsində nazirliyin əmrləri olub.
“Bütün bu əmrlərə baxmayaraq, təhsil həmişə rüşvət olub. İndi də bu proses davam edir. Amma oetiraf etmək lazımdır ki, yeni nazir təyin olunandan sonra məktəblərdə rüşvət nisbətən azalıb.
Bir məsələsini diqqətə çatdıraq ki, SSRİ dönəmində rüşvətlə mübarizə daha ciddi aparılırdı. O zaman hər hansı məktəbdə rüşvət faktı aşkarlanardısa, xüsusi iclaslar çağırılardı. Həmin iclaslarda məsələ geniş müzakirə olunub, töhmət, işdən çıxarılma və digər inzibati tədbirlər həyata keçirilirdi. O zaman xeyli məktəb direktoru rüşvətə və ya başqa nöqsanlara yol verdiyi üçün işdən azad olunurdu”.
Ekspert hesab edir ki, təhsil naziri təhsil sistemində rüşvəti yığışdırmaq istəyirsə, ilk növbədə ciddi cəza tədbirləri görməlidir.
“Hansısa müəllim, direktor rüşvət alırsa, həmin şəxs Əmək Məcəlləsinin müvafiq maddəsi ilə, yəni hərəkətinə görə mühakimə olunmalıdır. Bu məsələ ictimailəşdirilməlidir. Onlara qarşı sərt tədbirlər görülməlidir ki, digərləri də bundan nümunə götürsünlər.”-deyə Nadir İsrafilov bildirib.
Gültəkin Ələsgər
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


