Miloş Zeman Fəxri və Şəhidlər xiyabanını ziyarət edib

Miloş Zeman Fəxri və Şəhidlər xiyabanını ziyarət edib
  16 Sentyabr 2015    Oxunub:1669
Azərbaycanda səfərdə olan Çex Respublikasının Prezidenti Miloş Zeman sentyabrın 16-da Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AzVision.az xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Çex Respublikasının Prezidenti Miloş Zeman Şəhidlər xiyabanını ziyarət edib. O, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Çex Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Qalereya




Teqlər:



Xəbər lenti