Əli Kərimlinin bayraqdarı yeni AXCP-də

Əli Kərimlinin bayraqdarı yeni AXCP-də
  16 Sentyabr 2015    Oxunub:3047
Əli Kərimli daha bir fəalını itrib.
AzVision.az xəbər verir ki, AXCP-nin bayraqdarı Razi Nurullayevi dəstəklədiyini bəyan edib.

Bəyanatı təqdim edirik:

Mən Dəmirov Elçin, 1989-cu ildən AXCP-nin üzvüyəm. Partiyanın keçirdiyi bir çox icazəli və icazəsiz aksiyalarda iştirak etmişəm. Növbəti belə icazəsiz aksiyaların birində AXCP-nin bayrağı ilə həbs olundum, sonra yenidən azadlığa buraxıldım. Bu hadisədən 2 gün sonra keçirilən müşavirədə Əli Kərimli həbs olunduğum bayrağın üzərinə öz imzasını ataraq mənə bağışladı və məni AXCP-nin bayraqdarı elan etdi.

Lakin bu gün partiayada Əli Kərimli və onun yaxınlarının yaratdığı qeyri-sağlam mühit məni narahat edir, mənim burda fəaliyyət göstərməyimə mane olur.
Lakin mən AXCP-dən istefa vermirəm, mən yenə partiyadayam, sadəcə bundan sonrakı fəaliyyətimi Razi Nurullayevin rəhbərliiyi altında davam etdirməyə qərar verirəm`.


Teqlər:



Xəbər lenti