Bu vaxtadək görülən işlərin nəticəsində Azərbaycanla Türkiyə arasında stabil qarşılıqlı faydalı əməkdaşlığın qurulduğunu deyən Baş nazir Artur Rasizadə bu əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün Azərbaycan hökuməti tərəfindən bütün lazımi addımların atılacağını əminliklə bildirib.

Görüşə görə Azərbaycanın Baş nazirinə minnətdarlıq edən Feridun Sinirlioğlu dost, qardaş Türkiyə ilə Azərbaycanın daim bir-birinə hərtərəfli dəstək verməsi baxımından mövcud imkanlardan səmərəli yararlanmağın vacibliyini önə çəkib.
Söhbət əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunularkən problemin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair həmrəy mövqedən çıxış edən tərəflər, eyni zamanda, dünyada və regionda baş verən qlobal proseslər fonunda ikitərəfli münasibətlərin perspektivi və digər aktual məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun görüşdə iştirak edib.







Vaxtında, Aydın, Lazımlı!


