İtalyan və azərbaycanlı dayverlər Xəzərdə

İtalyan və azərbaycanlı dayverlər Xəzərdə
  17 Sentyabr 2015    Oxunub:4360
Dünyaca məşhur italyalı dayver Janlyuk Genoni Dolphin Baku klubunun qonağı olub.
Bu barədə AzVision.az-a `Dolphin Baku NDL` dayvinq mərkəzinin təlimatçısı Rauf Zeynalov bildirib.
Dalğıclarımıza nəfəs saxlama üzrə dəfələrlə çempion olmuş Janlyuk Genoni ile şəxsən tanış olmaq nəsib olub. Təlimatçı qeyd edib ki, uzunmüddətli hazırlıq və əziyyətdən sonra Nargin adasında italyalı qonağın iştirakı ilə nəfəs saxlama üzrə inanılmaz dayvinq şou baş verib.



“İlk olaraq onu qeyd edim ki, Janlyukun axrıncı nəfəs almadan suda qalma rekordu 18 dəqiqə 3 saniyə olub. İlk dəfə o 150 metr dərinliyə dünyada dayvinq üçün ən cəld skuterin köməkliyi ilə dalıb, hansı ki, surət 1 dəqiqədə 80 metrdir. Hazırda isə o bu rekordları yeniləməyə çalışır.

Janlyuk Genoni Nargin adasında Blancpain saat firmasının təşəbbüsü ilə Fifti Fathoms saatından istifadə edərək Xəzərin mavi dərinliklərinə daldı. Və növbəti dəfə heyranedici dalma göstərdi. Bu dalma əsasında bir reklam roliki çəkilirdi. Biz də Dolphin Baku klubu olaraq əlimizdən gələn dəstəyi etdik.

Dolphin Baku klubununun dayv masteri kimi mən Janlyuka və onun dostlarına “Gəmilər Qəbirstanlığı” saytında bələdçi kimi maraqlı yerləri göstərdim. Janlyuk nəfəsini saxlayaraq suyun dərinlyinə gedirdi. Biz isə akvalanq ilə gedirdik.



Nargin adasının şimal və cənub hissələrində üzdük. Dalmamızda Janlyuk və iki dostundan əlavə, klubun digər dalğıcları da iştirak etdi. Xüsusəndə, xilasedici Salman Həsənov haqqında vurğulamaq istərdim. Onunla hər kəs özünü su altında çox rahat hiss edirdi.
Baş verən bütün prosesləri Azərbaycan Milli Dayvinq Liqasının xilasediciləri və assisentləri kameraya aldılar.



Dayverlərimiz özləri üçün nəyisə müəyyən etmək üçün deyil, sırf qonaq üçün üzürdülər. Birinin vəzifəsi asisstent, birinin vəzifəsi xilasedici, operator və s. idi.
Bu cür unudulmaz dalmalar “Blancpain”ın dəstəyi ilə 30 sentyabrdan 2 oktyabra qədər Zoaqli və Tiqulliy körfəzlərində da baş verəcək”.

R. Zeynalov italyalı qonağın Xəzərdəki dalmadan çox razı qaldığını deyib.

“Janlyuk Dolphin Bakunun belə bir yüksək səviyyədə təşkilatçılıq edəcəyini gözləmirdi. Bizim barəmizdə o qədər də məlumatlı deyildi. Ancaq dalmadan sonra Dolphin Baku klubunun təşkilçox razı qaldı. Xəzəri də çox bəyəndi. Maraqlı məqam o idi ki, biz onu çox vaxt öz yanımızda görürdük, nəyin ki, suyu üstündə. Çünki o çox cəldliklə suyun üərinə qalxıb nəfəs alırdı və o sürətlə də dərinliyə, bizim yanımıza düşürdü. Heç fərqində olmurduq ki, o haçan suyun üzərinə qalxır, düşür.



Qonaq yalnız Xəzərdə olan kütüm balığı ilə də maraqlandı. Onun diqqətini çəkən məqamlardan biri də batmış gəmilər idi. Sonda bildirdi ki, Azərbaycanda dayvinq üçün çox yaxşı şərait var”.



AzVision.az

Qalereya




Teqlər:  



Xəbər lenti