Naxçıvandakı ordumuz döyüş atışları keçirdi - Video

Naxçıvandakı ordumuz döyüş atışları keçirdi - Video
  17 Sentyabr 2015    Oxunub:2636
Azərbaycan Silahlı Qüvvələrində keçirilən Komanda Qərargah Hərbi oyunları çərçivəsində müdafiə nazirinin müavini, Əlahiddə Ümumordu Qoşununun komandanı general-leytenant Kərəm Mustafayevin tapşırığı ilə hava hücumundan müdafiə birləşmə və bölmələrinin hazırlığı qəflətən yoxlanılıb.
Bu barədəAzVision.az - a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, zenit raket divizionları və zenit artilleriya batareyaları həyəcan siqnalı ilə qaldırılıb. Ehtiyat hava hücumundan müdafiə bölmələri komanda və idarəetmə daimi dislokasiya məntəqələrindən döyüş təyinatı rayonlarına marş keçirib, mövqelərini tutublar. Döyüş növbətçiliyi aparan zenit raket divizionları zenit artilleriya batareyaları start və atəş mövqelərinə çıxarılıb və bir nömrəli hazırlığa gətirilib.




Teqlər:



Xəbər lenti