Erməni müxalifətçini Azərbaycana kim qaçırıb?
“Bizim gürcü həmkarlarımız mənə məktub verdilər. Orada deyilirdi ki, Vahan Martirosyanı və onun arvadını döyüblər, nəticədə qadın uşaq salıb”- deyə Novella Cəfəroğlu bildirib.
Hüquq müdafiəçisi deyib ki, o, Azərbaycanın dövlət strukturları ilə əlaqə yaradıb və “onlar Martirosyana sığınacaq veriblər”.
N.Cəfəroğlu əlavə edib ki, sabah Bakıda V.Martirosyanın və arvadının iştirakı ilə mətbuat konfransı olacaq.
O bildirib ki, V.Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib və Azərbaycan tərəfi onun istəyinə müsbət cavab verib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


