BBC Azərbaycanı tərk edir

BBC Azərbaycanı tərk edir
  18 Sentyabr 2015    Oxunub:2200
BBC Monitoring Bakıda ofisini bağladığını elan edib.
BBC deyib ki, bu dəyişikliyi beynəlxalq əməliyyatlarını yenidən tarazlaşdırmaq, "bəzi əsas regionlara daha səmərəli xidmət etmək və yeni məkanlarda [ofislər] açmaq üçün" edir".

Məsələn, Mayamidəki BBC ofisində BBC Monitoring ofisi açırıq, BBC-nin sözçüsü bu qərarın səbəbini açıqlayarkən deyib.

BBC həmçinin bildirib ki, bu qərar hazırkı qənaət hədəflərinə çatmağa yardımçı olacaq.
BBC Monitoring-in Bakıda əməliyyatlarını dayandırması BBC Azərbaycan xidmətinin ölkədə mövcudluğuna təsir etməyəcək.

“BBC Azərbaycanca, azərbaycandilli onlayn və sosial media auditoriyası üçün populyar xəbər mənbəyidir və bu auditoriyaya qlobal və regional xəbər və hadisələr barədə BBC-nin reportajlarını çatdırır", BBC sözçüsü deyib.

"Gələn il təklif olunan dəyişiklərin heç biri BBC Azərbaycancanın işinə təsir etməyəcək və biz Azərbaycandan xəbər verməyə davam edəcəyik", o əlavə edib.

BBC Monitoring Qafqazda mövcudluğunu davam etdirəcək və regiondakı işini Tbilisidən koordinasiya edəcək.


Teqlər:  



Xəbər lenti