Rayonlarda həkim çatışmır - Nazirlikdən etiraf

Rayonlarda həkim çatışmır - Nazirlikdən etiraf
  18 Sentyabr 2015    Oxunub:2465
“Bölgələrdə çalışan həkimlərə güzəştlərin tətbiq edilməsi üçün 5 illik proqram mövcud idi. Artıq növbəti proqramın qəbul olunması üçün Səhiyyə Nazirliyi Nazirlər Kabinetinə müraciət edib”.
AzVision.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, ilbəil bölgələrin həkim təyinatı ilə bağlı problemi azalır: “Lakin buna baxmayaraq, bölgələrdə həkim təminatında yenə də problemlərimiz var”.

Nazir müavini qeyd edib ki, ana və uşaq ölümlərinin sayında artım qeydə alınmayıb:

“İndi hər bir ana ölümü Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən araşdırılır, ana ölümü mətbuatda işıqlandırılır. Ancaq ümumi rəqəmlərlə götürdükdə, ana və uşaq ölümünün sayında artım müşahidə olunmayıb”.


Teqlər:  



Xəbər lenti