`Ermənistanda heç kim müharibə istəmir` - Vaan Martirosyan

`Ermənistanda heç kim müharibə istəmir` - Vaan Martirosyan
  18 Sentyabr 2015    Oxunub:2911
“Müharibə ondan qazanc götürənlər üçün sərf edəcək”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycandan sığınacaq istəyən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib. O, qeyd edib ki, İrəvanda heç kəs müharibənin təzədən başlanmasını istəmir:

“ Yaşlı nəsil xüsusən bunu heç istəmir. Çünki onlar iki ölkənin bir vaxtlar necə dost olduğunu yaxşı xatırlayırlar. Müharibə iki ölkə üçün də böyük faciəyə səbəb olar”.

Martirosyan qeyd edib ki, Ermənistan Ordusunun gücü hazırda hər hansı orduya cavab verəcək səviyyədə deyil: “Orduda xidmət edənlərdə vətənpərvərlik hissi yoxdur. Qeyri-döyüş itkiləri artıb. Hamımız bilirik ki, bu müharibə Ermənistanın iflası ilə bitəcək”.

Onun sözlərinə görə, Dağlıq Qarabağa göndərilərək hərbi fəaliyyətlərdə iştirak etmək üçün Ermənistanda Yaxın Şərqdən gələn qaçqınlardan ibarət qruplaşmalar yaradılır:

“Yaxın Şərqdə hərbi fəaliyyətlər dövründə Ermənistana təqribən 15-20 min qaçqın gəlib ki, onların çoxu erməni əsillidir. Onların əksəriyyəti Ermənistanda baş verən bütün dəhşətləri görərək dərhal ölkəni tərk edib. Əsasən kriminal keçmişi olanlardan isə Dağlıq Qarabağa göndərilən qruplaşmalar yaradılır”.

Qeyd edək ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.

Eldar Tanrıverdiyev


Teqlər:  



Xəbər lenti