Polis məşhur iş adamının oğlunu saxladı
Bunun ardınca isə “Azneft” meydanında 10 DV 900 nömrəli “Mercedes – Galendewagen” markalı avtomobil saxlanılıb. Avtomobilə konstruksiya dəyişikliyi edilib və əlavə işıqlar quraşdırılıb. Bundan əlavə, səsboğucuya da müdaxilə olunduğu üçün “Galik” də cərimə meydançasına aparılıb.
Maraqlıdır ki, avtomobilin sürücüsü məsuliyyətdən yayınmaq üçün atasının adını çəkərək “Emiland” geyim dükanları şəbəkəsinin müdirinin oğlu olduğunu bildirib. Lakin yol polisləri buna əhəmiyyət verməyərək avtomobili cərimə meydançasına aparıblar.
Həmin gün 90 VF 555 nömrəli "Hyundai - Genesis" markalı avtomobil də “ştrafnoy”a salınıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


