Taksi sürücüsü özünü yandırdı - Rəsmi məlumat
AzVision.az xəbər verir ki, Sumqayıt Şəhər Prokurorluğu və Şəhər Polis İdarəsinin birgə yaydığları məlumata əsasən, həmin ərazidə xidmət aparan və hadisəni görən Post Patrul Xidmətinin əməkdaşları dərhal müdaxilə edərək xüsusi cihaz vasitəsi ilə yanğını söndürüb və təcili yardım çağırıblar.
Məqsəd Süleymanov yanıq xəsarətləri ciddi olduğundan Bakıdakı 5 saylı Xəstəxanaya çatdırılmış, lakin həkimlərin müdaxiləsinə baxmayaraq saat 15 radələrində həyatını itirib.
Hazırda faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.







Vaxtında, Aydın, Lazımlı!


