Sumqayıt qatarı ilə bağlı şok iddiaya cavab: `Nağıl danışırlar...`
Həmin statusda qeyd edilir:
“Bu gün başıma gələnləri sizlərə danışmaq istəyirəm. Demək bu gün (19.09.2015) saat 17.30-da Dəmir Yolu Vağızalına gəldim ki, ilk dəfə 40 DƏQİQƏYƏ Sumqayıta getməli olan yeni sürət qatarına (məncə adı tısbağa qatarı olmalı idi) minim. Vağzala çatanda məlum oldu ki, 18.25 getməli olan qatarı təxirə salıblar və ancaq 19.25 də olana minə bilərəm. Artıq gəldiyim üçün geri qayıtmadım, avtomatdan biletimi aldım (bu arada onu deyim ki, biletlər yer ilə deyil. Yəni qatara minmək bir vaxtlar 20 yanvarda Sumqayıt mikroavtobuslarına minməyə oxşayır. Hamı bir-birini itələyir yer tutmaq üçün. Hətta ayaq üstə gedənlər və pilləkənlərdə oturanlar var idi. Və başladım gözləməyə. Saat yetişdi və qatar tam 19.25-də hərəkət etdi. Amma yolda bizim təcrübəli maşinistimiz relsləri səhvsaldı və gedib çıxdıq Siyəzənə. Siyəzəndə maşinist düşüb ətrafdakı evlərdən gəldiyi yerin hara olduğunu öyrəndikdən sonra başladıq geri getməyə”.
Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əziməmmədov
AzVision.az-a açıqlamasında deyib ki, bunlar hamısı şər və böhtandır.
Qurum rəsmisi bildirib ki, hər bir qatarın hərəkəti tənzimlənir və onlara nəzarət olunur: “Sərnişin qatarı hərəkət edərkən qabaq və arxa tərəfləri boş olur. Çünki bu qatar sərnişin daşıyır. Hərəkətçilər qatarı tam mənzil başına çatana qədər müşahidə edirlər. Onu deyən nağıl danışıb”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


