Metronun bağlanan xətti açıldı

Metronun bağlanan xətti açıldı
  22 Sentyabr 2015    Oxunub:1887
Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının təmirə bağlanan ikinci xətti açılıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev AzVision.az- a açıqlamasında deyib ki, stansiyanın ikinci xətti artıq bu gündən etibarən sərnişinlərin istifadəsinə verilib :

“Yeni tədris ilinin başlanmasından sonra sərnişinlərin sayı artdı. Öz növbəsində stansiyadakı təmir işlərinin əksəriyyətinin artıq yekunlaşdığını nəzərə alaraq xətti planlaşdırılan vaxtdan daha tez istifadəyə verdik. Stansiyada qatarlar arasında interval da əvvəlki qaydada olacaq. Yəni, qatarlar 10 dəqiqədən bir yox, hər 8 dəqiqədən sonra hərəkət edəcək”.

N.Paşayev qeyd edib ki, ikinci xəttin açılmasına baxmayaraq tuneldə təmir işləri gecə saatlarında da davam etdirilir.


Teqlər:  



Xəbər lenti