İlham Əliyev səfirlə görüşdü
Prezident İlham Əliyev Heydər Şiya Əl-Barrakın ölkəmizdə diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin genişləndirilməsi işinə verdiyi töhfəni vurğulayaraq səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.
Heydər Şiya Əl-Barrak qarşıdan gələn Qurban bayramı münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırdı. O, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanda çoxlu dostlar qazandığını dedi. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlindən gələni əsirgəmədiyini deyən Heydər Şiya Əl-Barrak səfirliyin fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


