İlham Əliyevdən Tsiprasa təbrik məktubu

İlham Əliyevdən Tsiprasa təbrik məktubu
  22 Sentyabr 2015    Oxunub:1991
Azərbaycan prezidenti İlham Əliyev Aleksis Tsiprası yenidən Yunanıstanın baş naziri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.
AzVision.az xəbər verir ki, dövlət başçısının təbrik məktubunda deyilir:

“Hörmətli cənab baş nazir, ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz partiyanın qələbəsi və Yunanıstan Respublikasının baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, ikitərəfli əlaqələrimizin, dostluq və əməkdaşlığımızın möhkəmlənməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.


Teqlər:  



Xəbər lenti