Stiven Siqalı Azərbaycana prezident dəvət edib

Stiven Siqalı Azərbaycana prezident dəvət edib
  23 Sentyabr 2015    Oxunub:2185
Məşhur kino aktyor Stiven Siqal noyabrda yenidən Azərbaycana gələcək.
AzVision.az xəbər verir ki, bunu ans press-ə Azərbaycan Aikido Federasiyasından bildiriblər.

Məlumata görə, ölkə başçısı İlham Əliyevin təklifi ilə Bakıya gələn aktyor noyabrda ölkəmizə yenidən səfər edəcək və burada aikido təlimləri verəcək.

Dünən səhər “Baku Krystal Hall”da Azərbaycan Aikido Federasiyasının idmançıları və məşqçi heyəti ilə görüşən Siqal da öz təəssüratlarını bölüşərkən bunu təsdiqləmişdi:

“Prezident İlham Əliyev mənə Azərbaycanda işləməyi və yüksək dərəcəli idmançılar yetişdirməyi təklif edib. Mən də, ölkənizdə ustad dərslərinin verilməsi ilə bağlı təkliflə razılaşdım. Əminəm ki bütün bunlar yüksək nəticə verəcək. Yaxın zamanda yenidən ölkənizə gələcəm”.


Teqlər:  



Xəbər lenti