Müxalifətdən geriyə addım - boykot xəbəri yalan imiş

Müxalifətdən geriyə addım - boykot xəbəri yalan imiş
  23 Sentyabr 2015    Oxunub:2803
“Azadlıq 2015” seçki bloku parlament seçkilərini boykot etməyəcək. Bu məsələ gündəmdə deyil.
Bu barədə AzVision.az-a sözügedən blokda təmsil olunan KXCP sədrinin müavini Xəzər Teyyublu deyib.

O, bildirib ki, hazırda seçki blokunun namizədləri yerlərdə imza toplamaqla məşğuldurlar: “Seçkilərin boykot edilməsi ilə bağlı yayılan xəbərlər söz-söhbətdir. Bunlar ciddi informasiyalar deyil. Belə bir qərar qəbul olunacaqsa, yerlərdə imza toplama kampaniayasını niyə davam etdiririk?”.

Qeyd edək ki, mətbuatda “Azadlıq 2015” seçki blokunun parlament seçkilərini boykot edəcəyi ilə bağlı xəbərlər yayılıb.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti