Arif Hacılıya istefa tələbi

Arif Hacılıya istefa tələbi
  27 Sentyabr 2015    Oxunub:7105
Müsavat başqanlığını keçmiş namizəd, gənc fəal Tural Abbaslı partiya sədri Arif Hacılını istefaya səsləyib.
AzVision.az xəbər verir ki, bu barədə T.Abbaslı sosial şəbəkədəki hesabında qeyd edib:

-Bəli, düz 1 il bundan öncə Müsavat Partiyanın Qurultayı keçirildi. Həmin qurultayda mən də başqanlığa namizəd idim.Çıxışımda seçilərəmsə 1 il sonra partiyanın Məclisini çağırıb, onların qarşısında hesabat verəcəyimi və etimad seçkisi keçirəcəyimi vəd etmişdim. Əgər, fəaliyyətim Məclisi qane etməyəcəkdisə, elə oradaca istefa verəcəyimi də vurğulamışdım. İndi də partiya üzvü kimi Arif Hacılıdan 1 illik hesabat tələb edirəm. Onu da qeyd edim ki, bu 1 il ərzində onun kimi fəaliyyət göstərsəydim bir mənalı şəkildə istefa verərdim.

AzVision.az


Teqlər:  



Xəbər lenti