Xalça Muzeyində nöqsanlar aşkarlandı

Xalça Muzeyində nöqsanlar aşkarlandı
  28 Sentyabr 2015    Oxunub:2058
“Xalça Muzeyində yoxlamalar aparıldı və bir sıra nöqsanlar aşkar edildi”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, hər bir kollektivdə problemlər, narazılıqlar ola bilər:

“Biz dövlət orqanı kimi faktlara və müraciətlərə diqqətsiz qala bilmərik Xalça Muzeyi böyük muzeydir. Ona görə də mənim qərarım əsasında bir ay müddətində monitorinq keçiriləcək ki, neçə nəfər insan gəlir, əməkdaşlar necə işləyir, biletlər necə satılır, hansı xidmətlər göstərilir və s. Bütün bunlar təhlil olunacaq və ondan sonra hansısa nəticədən danışmaq olar. Mən deyə bilmərəm ki, orda hansısa sensasion hadisələr olur, cinayətdən söhbət gedir, pis xidmətlər var və s. Belə şeylər yoxdur. Xalça Muzeyi bizim fəxrimiz və fərəhimizdir”

Nazir qeyd edib ki, dünyanın ən yaxşı Xalça Muzeyi məhz Azərbaycandadır.

Qeyd edək ki, Xalça Muzeyinin direktor müavini Asya Şirəliyeva muzeyin direktoru Röya Tağıyevaya qarşı bir sıra ittihamlar səsləndirib. O, muzeydə mənimsəmələrin olduğunu və direktorun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini söyləyib.


Teqlər:



Xəbər lenti