Metroda ölüm təhlükəsi - Nə baş verib?

Metroda ölüm təhlükəsi - Nə baş verib?
  28 Sentyabr 2015    Oxunub:3278
Bu gün Bakı Metropliteninin Nəriman Nərimanov stansiyasında intihar hadisəsi baş verməyib.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az - a açıqlamasında bildirib ki, bu gün saat 12:50 radələrində Nəriman Nərimanov stansiyasında sərnişinlərindən birinin halı qəfil pisləşib və nəticədə huşunu itirən 1987-ci il təvəllüdlü Oqtay Paşayev qatar olmayan relslərin üstünə yıxılıb.

Həkim müdaxiləsindən sonra özünə gələn sərnişin başında spazma problemi olduğunu bildirib.


Teqlər:  



Xəbər lenti