Bakıda evdən 10 min aparan tutulub

Bakıda evdən 10 min aparan tutulub
  29 Sentyabr 2015    Oxunub:1559
Bakının Yasamal rayonunda yerləşən mənzildən külli miqdarda pul oğurlayan şəxs saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən AzVision.az- a verilən məlumata görə, oğurluq hadisəsi Həzi Məmmədova məxsus evdə qeydə alınıb. Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Ramin Əzimov mənzilə daxil olaraq orada olan 4000 AZN-i, 1000 ABŞ dollarını və 5000 manat dəyərində qızıl zinyət əşyalarını oğurlayıb.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində R.Əzimov tutulub.


Teqlər:  



Xəbər lenti