Xaricdəki konsullarımızın səlahiyyəti artdı

Xaricdəki konsullarımızın səlahiyyəti artdı
  30 Sentyabr 2015    Oxunub:2417
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri genişləndirilib.
AzVision.az xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nə dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, konsula Azərbaycan vətəndaşlarına pasport vermək, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına fərdi identifikasiya kartının verilməsi üçün sənədləri qəbul etmək, həmin sənədləri müvafiq icra hakimiyyəti orqanına göndərmək və konsulluğa daxil olmuş kartı müraciət edən şəxsə təqdim etmək hüququnun verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, mövcud variantda konsulun səlahiyyəti yalnız Azərbaycan vətəndaşlarına pasport vermək hüququ ilə məhdudlaşır.

Dəyişikliklər “15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunla nəzərdə tutulmuş fərdi identifikasiya kartının xaricdə yaşayan vətəndaşların əldə edə bilməsi məqsədilə təklif edilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti