Parlament bir sıra sazişləri təsdiqlədi

Parlament bir sıra sazişləri təsdiqlədi
  30 Sentyabr 2015    Oxunub:1712
Milli Məclisin iclasında Azərbaycan dövlətinin imzaladığı bir sıra sazişlər və digər sənədlər təsdiq olunub.
AzVision.az xəbər verir ki, bunlar “NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycan Respublikasının iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikasının müdafiə naziri ilə NATO-nun baş katibi arasında məktublar mübadiləsi formasında” saziş, "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamə, "Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında xüsusi təyinatlı qüvvələrin təliminin keçirilməsinə ev sahibi ölkə dəstəyinin şərtlərinə dair" Anlaşma Memorandumu, "Azərbaycan Respublikası hökuməti ilə Özbəkistan Respublikası hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" Saziş, "Azərbaycan Respublikası hökuməti ilə Polşa Respublikası hökuməti arasında dəniz nəqliyyatına dair" Saziş, "Azərbaycan Respublikası hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və texniki yardımın göstərilməsi haqqında" Saziş, "Azərbaycan Respublikası hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında" Sazişdir.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti