İki ölkədə qətl törədənlər Bakıda tutuldu

İki ölkədə qətl törədənlər Bakıda tutuldu
  30 Sentyabr 2015    Oxunub:1583
Rusiyada qətl törətmiş azərbaycanlı tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 103-cü maddəsi ilə (qəsdən adam öldürmə) axtarışda olan Nicat Kiçibəyov tutulub.

Bundan başqa Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 239-cu (xuliqanlıq) maddələri ilə axtarışda olan Bakı şəhər sakini Eldar Əhmədov tutulub.

Hər iki şəxs ətrafında araşdırmalar aparılır.


Teqlər:



Xəbər lenti