Sürücülərin diqqətinə: Sabahdan rejim dəyişir
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının verdiyi yeni qərara əsasən sözügedən avtomobillər səhər saat 07:00-dən axşam saat 21:00-dək paytaxta buraxılmayacaq. Həmin minik və yük maşınları axşam saat 21:00-dan səhər saat 7:00-ə qədər şəhərə daxil ola biləcək.
Bu avtodayanacaqlardan biri Bakı-Quba-Rusiya Federasiyası sərhəddi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və “VAZ yol qovşağı” adlanan sahədə, digəri isə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində, Lökbatan qəsəbəsi yaxınlığında yaradılıb.
Hazırda rayon qeydiyyatında olan avtomobillər həmin dayanacaqlarda saxlanılır, sürücülər və sərnişinlər isə pulsuz avtobuslarla yaxınlıqdaki metro stansiyalarına çatdırılır.
Gündüz saatlarında kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti isə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında təşkil ediləcək.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


