Xalasının evini yaran şəxs tutuldu

Xalasının evini yaran şəxs tutuldu
  01 Oktyabr 2015    Oxunub:1853
Bakıda oğurluq hadisəsi baş verib.
AzVision.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonu ərazisində yaşayan Sərfinaz İsmayılova 28-ci Polis Bölməsinə (PB) müraciət edərək sentyabrın 29-da bacısı oğlu Məhəmmədəli Zərbəliyev tərəfindən 10200 manatının oğurlanmasını bildirib.

PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədəli Zərbəliyev saxlanılıb və o, oğurluq etdiyini etiraf edib. Eyni zamanda M.Zərbəliyev sentyabr 29-da Fikrət İsgəndərovu bıçaqla hədələyərək ondan 7500 manat almasını bildirib.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:



Xəbər lenti