TQDK nazirliyin dərsliyini bəyənmədi

TQDK nazirliyin dərsliyini bəyənmədi
  01 Oktyabr 2015    Oxunub:2060
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 8-ci sinif şagirdlərinin istifadəsinə verilmiş “Azərbaycan dili” dərslik komplektinin nəşrəqədərki modelinin tələblərə cavab vermədiyini açıqlayıb.
Komissiyadan AzVision.az - a bildirilib ki, Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış və bu tədris ilində nəşr edilərək 8-ci sinif şagirdlərinin istifadəsinə verilmiş “Azərbaycan dili” dərslik komplektinin nəşrəqədərki maketinin qiymətləndirilməsində iştirak edən qurumlardan biri də TQDK olub.

2015-ci ilin əvvəlində dərsliyin maketi TQDK-nın ekspertləri tərəfindən “Dərsliklərin qiymətləndirilməsi meyarları” əsasında dərsliyin və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından təhlil edilərək rəy hazırlanıb.

Maketin qeyd edilən meyarlar üzrə tələblərə cavab vermədiyi rəydə göstərilib və rəy Təhsil Nazirliyinə göndərilib.


Teqlər:



Xəbər lenti